Bülbül və Şövkət Məmmədovanın 120 illik yubileylərinə həsr olunmuş tədbir

Azərbaycanın professional vokal məktəbinin banisi, görkəmli müğənni ,tədqiqatçı-alim və pedaqoq, tanınmış ictimai xadim, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün 120 illik yubileyi məktəbimizdə bədii gecə ilə tamamlandı. Məktəbimizin musiqi müəlliməsi və şagirdləri Bülbül yaradıcılığına geniş miqyasda səyahət etdilər. Şagirdlər tərəfindən Bülbülün ifa etdiyi musiqilər səsləndirildi. Rəqs nümunələri nümayis etdirildi. Sinif rəhbərləri tərəfindən Bülbülün Memorial muzeyinə də ekskursiyalar təşkil edilib.
Bülbül ilk müsiqi təhsilini, 1907 –ci ildə, demək olar ki, Şuşa mollaxanasında alıb. Kiçik yaşlarından məharətli zəngurələrinə görə xalq ona “ Bülbül” adı verilmişdi.
Məktəbimizdə həmçinin Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ xalq artisti, professor Şövkət Məmmədovanin 120 illik yubileyi də keçirildi.
Ş.Məmmədovanın təşəbbüsü ilə 1923 – cü ildə Bakı Teatr Texnikumu açılmış, not nəşriyyatı təsis edilmişdir. Şövkət xanım 1948 –ci ildən Azərbaycan Opera və balet Teatrının solisti olmuşdur. Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasında Gölçöhrənin ariyasını ifa etmişdir.
Məktəbimizin şagirdləri lalə qızlar rəqsini ifa etdilər. Bədii gecə şagirdlərin musiqi alətlərində ifaları ilə yekunlaşdı.