“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində şagirdlərlə görüş

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi rayonunun Cənub bölgəsinə səfər etmiş 100, nömrəli məktəbin şagirdləri təəssüratlarını bölüşüblər.
16-19 noyabr 2017-ci il tarixlərdə “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəbliləri ölkəmizin cənub bölgəsinə səfər ediblər. Səfər uğurla yekunlaşıb. Səfərdən geri dönən məktəblilər təhsil aldıqları məktəbdə cənub bölgəsindəki təəssüratlarını öz həmyaşıdları və müəllimləri ilə bölüşüblər.
Görüş zamanı məktəblilər səfər çərçivəsində çəkdirdikləri foto və video görüntülərdən ibarət qısa təqdimat ediblər. Xatirələrini bölüşən məktəblilər bu cür layihəyə görə dövlət başçısına təşəkkür edərək layihənin davamlı olması ilə bağlı arzularını bildiriblər. Təəssüratlarında şagirdlər gəzdikləri məkanları, tarixi yerləri çox bəyəndiklərini və bütün bunların onların xatirələrində əbədi qalacaqlarını vurğulayıblar.