Təşəkkür məktubu

26.11.2017 – ci il tarixdə M.Lamonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında keçirilmiş “Coğrafi imla - 2017” müsabiqəsində iştirakımıza görə Sizə minnatdarıq. Bu müsabiqədə məktəbimizi mən - Məryəm Piriyeva,11 – ci sinif şagirdi Seyfəliyev Ramazan və 10 – cu sinif şagirdi Hüseynova Leyli təmsil edirdi. Bu yarışmada bizim məktəb qalib gələrək sertifikata layiq görülmüşdür. Sual – cavabda fəal iştirakına görə isə Seyfəliyev Ramazana xüsusi hədiyyə təqdim edilmişdir.
Belə bir tədbirdə bizim iştirakımızı təmin etdiyiniz üçün Sizə təşəkkür edirik.
Hörmətlə,
Məryəm Piriyev (müəllim)
Ramazan Seyfəliyev (şagird)
Leyli Hüseynova (şagird)