“Aydınlığa doğru” İctimai Birliyi tərəfindən “İslam Həmrəyliyi”nə həsr olunmuş tədbir

         Bakı  şəhəri N.Fərəczadə adına 100 nömrəli tam orta məktəbdə 24 noyabr 2017-ci il  “Aydınlığa doğru”  Milli –Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyi tərəfindən “İslam Həmrəyliyi” nə həsr olunmuş tədbir keçirildi.

       “Aydınlığa doğru” Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyi 2008-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış qeyri-hökümət təşkilatıdır. Bu illər ərzində  “Aydınlığa doğru” bir sıra maraqlı layihələrə imza atmışdır. Bu layihələrdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şusasının 2017-ci il ikinci qrant müsabiqəsinə təqdim etdiyimiz “İslam Həmrəyliyi”nə həsr olunmuş layihədir.

       Layihə maarifləndirmə yolu ilə yeniyetmələrin sağlam düşüncəsinin, əxlaq dəyərlərinin formalaşmasına, multi-kulturalizm, tolerantlıq, qarşılıqlı hörmət, sevgi ruhunda tərbiyəsinə yönəlib.

      Gənclərimizdə sağlam milli əxlaq dəyərlərimizin kənar təsirlərə məruz qalmadan formalaşmasına yönələn  layihə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılıq yardımı ilə həyata keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi