“Molla Pənah Vaqif - 300 il"liyinə həsr olunmuş tədbir

Bakı Şəhəri Təhsil İdarəsinin”Molla Pənah Vaqifin 300 illik yubileyininin keçirilməsi haqqında”əmrinə əsasən məktəbimizdə bir sıra tədbirlər keçirildi. Şagirdlər tərəfindən divar qəzetləri hazırlandl. Molla Pənah Vaqifin rəsm əsərlərindən ibarət sərgi keçirildi. Kitabxanada şagirdlərə böyük şairin əsərləri və kitabları barədə məlumatlar verildi. Şeir müsabiqəsi keçirildi. Səkillərindən ibarət videolar nümayiş edildi.
Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqif sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir. Vaqifin yaradıcılığı daim tədqiq obyektinə çevrilmiş, əsərləri kütləvi tirajla nəşr edilmiş və yubileyi keçirilmişdir. 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur.