“Ölkəmizi Tanıyaq” tur-aksiyası

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədili məktəblilər Masallı və Astara rayonlarında olublar. Qeyd edilən rayonlarda məktəblilər Heydər Əliyev Mərkəzi, İcra Hakimiyyətinin inzibati binası ilə tanış olaraq, təşkil olunmuş bədii proqrama tamaşa ediblər.
Həmin tur aksiyada Bakı şəhəri N.Fərəczadə adına 100 nömrəli tam orta məktəbin şagirdləri də iştirak etmişdilər. Şagirdlər onlar üçün yaradılmış bu tur – aksiyadan xoş təəssüratlarla ayrıldılar.