"Kənd Təsərrüfatı Muzeyi"nə ekskursiya

   Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoymuşdur. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulmuş, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilmişdir.

  Bakı şəhəri, 100 nömrəli tam orta məktəbin 2ç sinif rəhbəri Ahu Əliyevanın uşaqlar üçün təşkil etdiyi ekskursiya kənd təsərrüfatı muzeyində oldu. Onlar muzeydə kənd həyatı, insanların məşğuliyyəti, kənd təsərrüfatı məhsulları, əmək alətləri, milli geyimləri ilə tanış oldular. Uşaqlar muzeydən xoş təəssüratlarla ayrıldılar. Onlar kənd həyatı haqqında xeyli məlumat əldə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi