“Ölkəmizi Tanıyaq” tur-aksiyası

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədili məktəblilərinin Lənkəran - Masallı –Astara rayonlarına yola salınmaları münasibətilə tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, məktəb direktorları, valideynlər, ictimai birliklər, “Ölkəmizi tanıyaq” tur aksiyanın iştirakçıları iştirak etmişdirlər.
“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədili məktəblilər ilk əvvəl ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında ucaldılan abidəsini ziyarət etdilər.
Daha sonra tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı.
Həmçinin Binəqədi rayonu 100 nömrəli tam orta məktəbin şagirdləri “Ölkəmizin tanıyaq”tur – aksiyasında iştirak edir.