“Bir daha yüksələn bayraq, bir daha enməz! ”

Məktəbin ibtidai sinif müəllimləri Bəkirova Arzu və Əliyeva Rəna Azərbaycan Dövlət Bayraq Gününə həsr olunmuş açıq dərs və tədbir keçirtdilər.Bayraq hər bir dövlətin ictimai siyasi mərkəzlərinin qarşısında asılan, ictimai və inqilabi yürüşlərdə insanların başı üzərində qaldırdığı, vətən uğrunda şəhid olan insanların məzarları üzərinə qoyulan dövlət atributudur. Hər bir dövlətin, ölkənin, respublikanın özünə xas bayraq və dövlət rəmzləri vardır. Azərbaycan respublikasının dövlət bayrağı suverenliyin rəmzidir. Dövlət bayrağımız ilk dəfə 1918ci – il noyabrın 9 – da Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurası iclasında qəbul edilmişdir. Azərbaycan respublikası müstəqilliyini bərpa etdikdən sonra, 5fevral 1991 – ci ildə Respublikanın Ali Soveti tərəfindən Azərbaycanın dövlər rəmzi olaraq təsdiq edilmişdir. Bayrağın üzərindəki üç rəngin ifadə etdiyi milli istiqlal ideologiyasının düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. Dahi ulu öndər demişdir: xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi keyfiyyətlər daha üstündür. Buna misal olaraq 2016 – cı ildə “Aprel hadisələri”ni göstərmək olar. Lələtəpədə sancılan bayraq bunun baris nümunəsidir. Arzu edirik ki, bu bayraq Azərbaycanın işğal altında olan digər torpaqlarında da sancılsın.“Bir daha yüksələn bayraq, bir daha enməz! ”
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi