“Ölkəmizi tanıyaq”

Binəqədi rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” devizi altında keçiriləcək tur aksiyada iştirak edəcək məktəblilər və onların valideynləri ilə görüş keçirildi. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, aparatın ictimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, şöbənin baş məsləhətçisi Elnur Məmmədov , tur aksiyada iştirak edəcək məktəblilər və onların valideynləri iştirak etmişdirlər. Görüşdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qeyd etmişdir ki, ölkə başçısı cənab İlham Əliyenin tapşırığı ilə ənənəvi olaraq keçirilən bu maarifləndirici layihənin əsas məqsədi ölkə məktəblilərinin respublikamızın ərazisini yaxşı tanımaları, tarixi yerlərlə yaxından tanış olmaları, tətil günlərini səmərəli keçirmələri, digər rayon və şəhərlərdən olan həmyaşıdları ilə tanış olmaqlarıdır. Bildirildi ki, “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində , dünyagörüşünün formalaşmasında mühüm rol oynuyacaq. Həmçinin gənclərimizə ölkəmizin tarixini, mədəniyyətini, adət ənənələrini öyrətməklə yanaşı, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, ölkə başcımız cənab İlham Əliyevin həyata keçirdiyi dinamik sosial inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacaq. Məlumat üçün bildirək ki, tur – aksiya çərçivəsində Binəqədi rayonunun şagirdləri noyabr ayının 16 – da Lənkəran – Masallı – Astara istiqamətində yola düşəcəklər.