"Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi"

Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi" üzrə “Şagirdlərin yaradıcı peşələrə marağının artırılması” layihəmizin ilk ustad dərsləri keçirildi. Layihənin məqsədi Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Namiq Fərəczadə adına 100№-li tam orta məktəbin xüsusu texnoloji qabiliyyətlərə malik olan istedadlı şagirdləri seçmək, onları peşə istiqamətinə yönləndirmək və bu sahəyə maraqlarını artırmaqdan ibarətdir. Ustad dərsləri Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Namiq Fərəczadə adına 100№-li tam orta məktəbdə keçirilir. Dörd peşə istiqaməti üzrə aparılan ustad dərslərində məktəbin 40 nəfər şagirdi (4 qrup, hər qrupda 10 şagird) iştirak edir. İlk təlim demək olar ki, tanışlıq üzərində quruldu və şagirdləri layihəyə seçildikləri üçün təbrik edərək onlara uğurlar arzuladıq. Bununla yanaşı layihə iştirakçılarına növbəti ustad dərslərinə hazırlaşmaq üçün tapşırıqlar verildi. I qrup üçün seçim – dərzilik-toxuculuq, II qrup üçün seçim – rəssamlıq-heykəltəraşlıq, III qrup üçün seçim – dekorativ tətbiqi sənət, IV qrup üçün seçim – modelyer dizayner peşələri üzrə təşkil olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi