"YAP-25 il bizimlə"

Məktəbimiz Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirtmişdir. İyirmi beş il əvvəl – 1992-ci il noyabrın 21-də gənc respublikamızda çox əlamətdar hadisə baş vermişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir.Bu, doğrudan da tarixi hadisə idi.Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır.Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.Ulu Öndər Heydər Əliyevin memarı olduğu Yeni Azərbaycan Partiyasının təsis konfransı cəmiyyətin bütün təbəqələrini təmsil edən 500-dən çox nümayəndənin iştirakı ilə 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və Ulu öndər yekdilliklə partiyanın sədri seçildi.Və bununla da Azərbaycanın siyasi arenasında onu siyasi xaosdan xilas edəcək, iqtisadi tərəqqiyə yüksəldəcək, cəmiyyəti vahid qüvvə olaraq dövlətçilik prinsipləri ətrafında cəmləyəcək partiya meydana gəldi.Yeni Azərbaycan Partiyası bu gün də xalqın partiyası olaraq qalmaqdadır.Partiyamızın "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!"- şüarı sıralarımızdaki yüzminlərlə mətin və mübariz insanların gələcəyə ünvanlanmış vətənpərvərlik çağırışıdır. Biz yüzminlərə çevrildiyimiz kimi milyonlara çevriləcək və möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycanımızı xoşbəxt gələcəyə aparacağıq!Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyasının baş təlimatçıları Rahil Şükürov və Kubra Əliyarlı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Gənclər Birliyin sədri Fəsli Nəbiyev iştirak etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi