"Müstəqilliyimiz əbədidir"

Azərbaycanın Dövlət Müstəqilliyi günü — Azərbaycan tarixininən mühüm günlərindən biri. Hər il 18 oktyabrda qeyd edilir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətininhüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib. Azərbaycan xalqi dozumlu xalqdir. Çətinliklə əldə olunan bu mustəqilliyimizi daima qorumaliyiq. Məktəbimizdə şagirdlərimiz vətənpərlik ruhunda dərslərə yanaşırlar.Və vətənin keşiyində dayanmağa daima hazırdılar.Buna nümunə olaraq məktəbimizin şagirdi İsayev İsraili nümunə göstərmək olar. Azərbaycan Respublikası Səfərbərlik Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İsayev İsrail “Gənclərin çagırışaqədərki hazırlığı”fənnində yüksək nailiyyətlərinə görə təltif olunub.