15 Sentyabr- Bilik günüdür

Sentyabrın 15-də Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayram-Bilik gunu kecirildi. Ölkəmizdə yeni dərs ili başlayır. Məktəbimiz bu il 172 nəfər Azərbaycan bölməsinə, 46 nəfər isə rus bölməsinə birinci sinifə şagird qəbul edib.Şagirdlər böyuk həvəslə gül çiçəklə bəzədilmiş siniflərinə daxil olaraq yeni dərs ilimi qarşıladılar. Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir: Ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir. 2003-cü ildən indiyədək ölkəmizdə iki mindən çox yeni məktəb binası tikilib. O cümlədən, bir sıra məktəblər üçün əlavə korpuslar tikilib, əsaslı təmir olunub. Yeni məktəblərinin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi nəticəsində, ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi