"Son zəng"

Uşaqlıqdan hər kəs müstəqil olacağı günü səbirsizliklə gözləyir. Məktəb illərini başa vuraraq buna nail oluruq. Sevimli müəllimlərimiz, uşaqlıq həyəcanları, ilk məhəbbət məktəb divarları arasında qalır. Amma hər kəs sonradan bu illəri xatırlayır.Ən gözəl, eyni zamanda səmimi bir kədərlə doludur son zəng. Böyük, müstəqil həyatın cətin yoluna qədəm qoyulur. Bu maneəni hər kəs adlayır, amma baxır necə.Son zəngin cingiltili sədaları hər birinizin qəlbində məktəb xatirələrini oyadır: yoldaşlarınızın gülüşləri, heç zaman bitməyəcəyini təsəvvür etdiyiniz dərslər, tez başa çatan tənəffüslər, bəziləri ciddi, bəziləri mehriban müəllimlər. Son zəngdən sonra bunların xatırlanması tam başqa xarakter daşıyır. Son zəng uşaqlığımıza son vidadır. Bu həyatımızın uşaqlıq dövrünə son, gələcəyin dumanlı və cazibədar, bir o qədər də məsuliyyətli etapına girişdir. Ona görə də bir az kədərlə, bir az göz yaşı ilə qarışaraq bu günümüzdən sabahımıza doğru səbirsizlikdir son zəng.Bu il 71 nəfər şagirdimiz “ məzun” adini dasiyirlar artiq.. Bugun yaddaqalan, hər an xatirlana biləcək günlərdən biri “Son zəng” günüdür. Onları təbrik edirik və həyatda ugurlar arzulayiriq.Tələbə adını qazanıb oz əməlləri ilə Vətənimizin adını həmisə zirvələrə ucaltsınlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi