“Musiqi –ruha qida, əmək-xoşbəxtliyin açarı, rəsm xəyallarımızın təsviridir” adlı yekun illik tədbir

5 iyun 2017- ci ildə 100 №li orta məktəbdə texnologiya, musiqi və rəsm metodbirləşməsinin “Musiqi –ruha qida, əmək-xoşbəxtliyin açarı, rəsm xəyallarımızın təsviridir” adlı yekun illik tədbiri keçirilmişdir. Tədbiri metodbirləşmə rəhbəri Abulova Təranə Nəsir qızı açdı. O, çıxışında bu fənlərin il ərzində hansı işlər gördüklərini, həyata keçirdikləri tədris layifələri barədə məlumat verdi. Tədbirdə müxtəlif musiqi nömrələri, rəqsləri video çarxlar, Üzeyir Hacıbəyovun “Arşın mal alan” komediyasından səhnəcik, ibtidai sinif şagirdlərinin peşələrlə bağlı çıxışları , skripkaçıların musiqi nömrələri təqdim olundu. Daha sonra məktəbin direktoru Gülnarə Məmmədova çıxış edərək, tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi və texnologiya, rəsm və musiqi fənlərinin bu formatda təbliğinin istedadlı şagirdlərin aşkar edilməsində böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Sonda söz qonaqlara verildi. Tədbirdə çıxış edən Binəqədi Rayon İdman və Gənclər İdarəsinin rəis müavini Sevinc Süleymanova və Rayon İcra Hakimiyyətinin İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov məktəbin daim yenilikçi təşəbbüslərə açıq olmasının müsbət nümunə olduğunu bildirdi. Bu gün ölkəmizdə bütün yönlərdə – hərbi, təhsil, siyasi, iqtisadi və digər sahələrdə təmsil olunan gənclərin qazandığı uğurların, nailiyyətlərin hamısı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə gəncliyin inkişafını prioritet vəzifə kimi qarşıya qoyub. Bu gün Azərbaycanda gənclər siyasəti uğurlu şəkildə həyata keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi