"Göyərçin" adlı açıq dərs

Bu gün dövlət qarşısında duran başlıca vəzifələrdən biri böyüməkdə olan gənc nəsilləri vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Biz də şagirdlərimizin vətənpərvər bir insan kimi yetişməsi üçün çalışırıq. Bizim məktəbimizdə də vətənpərvərlik öndə duran məsələlərdən biridir. Belə ki, I dərsimiz Azərbaycan Respublikasının Himni ilə başlayır. Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimiz, qəhrəmanlarımız yad edilir. Gündəmdə olan qəhrəmanlıq və vətənpərvərliklə bağlı məlumatlar şagirdlərə çatdırılır. Müntəzəm olaraq məktəbimizdə vətənpərvərliklə bağlı tədbirlər, sərgilər, açıq dərslər keçirilir.Bu gün 2 c sinfində keçirilən “Göyərçin” adlı açıq dərs elə bu mövzudadır. Uşaqlar gözlə gördüklərini daha yaxşı qavrayırlar. Buna görə də uşaqlara ölkəmizdə vətənpərvərliklə, əmin-amanlıqla, həmrəyliklə, dostluqla, sülhlə bağlı hansı işlərin görüldüyünü daha geniş şəkildə çatdırmaq üçün uşaqları bu adlarda qruplara bölündü və dərs bu mövzular ətrafında keçirildi. Şagirdlər bu dərsin vasitəsilə bir daha ölkəmizin hansı ölkə ilə sülh danışıqları apardığını, 2016-cı ilin sülh, dostluq, qardaşlıq ili olduğunu, 2017-ci ilin “İslam Həmrəyliyi ili” kimi qeyd edildiyini yada saldılar. Bu mövzunu seçməkdə də əsas məqsəd torpaqlarımızın işğal altında olduğu bu şəraitdə şagirdlərimizdə vətənə, torpağa, el-obaya, adət-ənənələrimizə sevgi, məhəbbət hissini formalaşdırmaq olub. Şagirdlərimiz dərsin sonunda səmayə “ağ göyərçin” buraxmaqla onu demək istədilər ki, qoy səmamızda daima sülh göyərçinləri uçsun.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi