"Yol hərəkəti və siqnallar" haqqında tədbir

Azərbaycan Respublikası yol nişanları — nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, həmçinin yol hərəkəti iştirakçılarını məlumatlandırmaq üçün qurulmuş qrafiki nişanlardır. Bu nişanlar Azərbaycan Respublikası Yol hərəkəti haqqında qanununa və "Yol hərəkəti və siqnallar" haqqında Vyana konvensiyasına əsasən nizamlanır.Yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumatlar. Yol nişanlarının hər birinin həm adı, həm də nömrəsi var. Nişanın adı onun başlıca mənasını ifadə edir, nömrəsi isə nişanın qrupunu (birinci rəqəm), nişanın qrupdakı sıra sayını (nöqtədən sonrakı rəqəm), habelə eyni adlı bir neçə nişan varsa, həmin ad altındakı sıra sayını (ikinci nöqtədən sonrakı rəqəm) bildirir.Təhlükənin xarakteri xəbərdarlıq nişanı üzərinə çəkilmiş və mənası kifayət qədər asan başa düşülən rəmzlər vasitəsilə ifadə olunur. Ona görə də sürücülər və hərəkət iştirakçıları bu nişanların mənasını bilməli, konkret yerdə həmin nişanı gördükdə isə mövcud təhlükənin xarakterini, habelə ümumi hərəkət şəraitini (idarə etdiyi nəqliyyat vasitəsini, onun yükünü, meteoroloji şəraiti və s.) nəzərə almaqla tədbirlər görməyə başlamalıdır.Məktəbimizin müəllimi Məmmədova Xavər “Yol hərəkəti qaydaları”qaydaları haqqında dərs açıq dərs keçdi.Şagirdlər qruplara ayrıldı.Hər qrupa möövzuya uyğun olaraq tapşırıqlar verildi.Şagirdlər mövzunu ətraflı cavablandırdılar.Dərs zamanı “Yol hərəkəti qaydalarina”aid video slaydlar nümayis edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi