“Beynəlxalq İKT-də Qızlar Günü”nə həsr olunmuş “Let’s try it” tədbirİ

Məktəbimizin informatika müəllimi Rüstəmova Kamilə və 10 nəfər qız şagirdimiz “Beynəlxalq İKT-də Qızlar Günü”nə həsr olunmuş “Let’s try it”tədbirdə iştirak etdi. Tədbir çərçivəsində WEB proqramlaşdırma SCRATCH.ROBOTEXNİKA(LEGO).İT START.Adobe Photoshop istiqamətləri üzrə praktiki “workshop” seminarlar keçirildi. Seminarda həm müəllimlər, həm də şagirdlər iştirak etdi. Klubun yaradılmasında əsas məqsəd təsisçilərin öz şəxsi nümunələrindən çixiş etməklə və praktiki təlimlər vasitəsilə azərbaycanlı qızların və qadınların sürtlə inkişaf edən bu maraqlı sahə üzrə təhsil almaq və karyera qurmaq istəklərini və səylərini artırmaq, gündəlik həyatlarında informasiya texnologiyalarının verdiyi imkanlardan faydalamağı öyrətmək və texnologiyaların nə qədər azadlıq və yeni imkanlar gətirdiyini, vaxta qənaət etdirdiyini gənc qızlara anlatmaqdan ibarətdir. Tədbir çərçivəsində Bulud həlləri, Office 365 “workshop” tələbər üçün və startaperlər üçün praktiki sessiya keçirildi. Yarışlar zamanı qalib komandalara hədiyyələr verildi. Məktəbizin müəllimi Rüstəmova Kamilə və qızlardan ibarət komandamız qalib gəldi. Hədiyyə kuponu və digər hədiyyələr qazandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi