“Böyük ömrün dastanı”

Bəşəriyyətə görkəmli şəxsiyyətlər bəxş etmiş millət böyük xalq hesab olunur. Məhz belə böyük xalqlardan biri Azərbaycan xalqıdır. Xalqımız dünyaya Heydər Əliyev kimi dahi bir şəxsiyyət bəxş etmişdir. Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu 39 ildən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində H.Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. Heydər Əliyev müstəqil Azərbaycanda milli təhsil quruculuğu sahəsində də islahatın memarı və qurucusu idi. Ulu öndərimizin dili ilə desək: "Bizim çox gözəl, zəngin, cəzibədar dilimiz var. Bunu heç bir şeyə dəyişmək olmaz".Məktəbimizin şagirdləri böyük şəxsiyyətin gənclərə, təhsilə diqqətini, qayğısını yüksək qiymətləndirirlər. Dahi rəhbərimizin doğum gününə həsr olunmuş “Böyük ömrün dastanı” adlı müsabiqədə bizim şagirdlərimiz də fəal iştirak etmişlər. 9b sinif şagirdi-Aydan bu müsabiqəyə qatılaraq sevimli, unudulmaz Heydər Əliyev haqqında öz ürək sözlərini yazmış və bu müsabiqənin “Diplom”una layiq görülmüşdür.Böyük şəxsiyyət haqqında deyilən sözlər, xoş xatirələr neçə-neçə cild kitablara sığmaz. Bir bunu demək vacibdir, Ulu Tanrıya şükür ki, bizə Heydər Əliyev kimi şəxsiyyəti bəxş edib. Onun nuru, işığı bizim həyat yolumuzu daima işıqlandıracaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi