"Azərbaycana doğan günəş"

Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev cəmiyyəti düşünən, onun varlığının və xoşbəxtliyinin qorunması uğrunda həyatını verən insanlardandır. Heydər Əliyev irsində Vətən sevgisi , Azərbaycan sevgisi-azərbaycançılıq hissi, xalq-millət sevgisi, dil sevgisi, milli-mədəni sevgi, sədaqətliliyin, insanın insana, insanın vətənə, xalqına, dövlətinə sədaqət hissi xüsusi yer tutur. Onun şəxsi nümunəsi və həyat təcrübəsi xalqına, ölkəsinə, dövlətinə əsl sədaqətlilik örnəyidir. Heydər Əliyev ilk dəfə olaraq elmi uzaqgörənliklə milli tərbiyənin məzmununa gənc nəslin milli vətənpərvərlik anlayışını da daxil etmiş və onun məzmununu müəyyənləşdirmişdir. Gənclərimizin milli ruhda tərbiyələnməsini vacib sayan Heydər Əliyev göstərirdi ki, gənclərimiz tarixi yaxşı bilməlidilər, tariximizi bilməyən gənc vətənpərvər ola bilməz. Ulu öndər Heydər Əliyevin 94 illiyi münasibətilə məktəbimizdə tədbir keçirildi. Tədbirdə şagirdlər ulu öndərin həyatından bəs edən videoçarxlar nümayiş elədilər. Müsiqi və şer parçaları səsləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi