Heydər Əliyev Beynəlxalq Aeroportuna ekskursiya

Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanda xidmət göstərən 5 beynəlxalq hava limanından biridir. Əvvəllər Bakı şəhərətrafı qəsəbəsinin adına uyğun olaraq “Binə Beynəlxalq Hava Limanı” adını daşıyırdı. 10 mart 2004-cü il tarixində adı dəyişdirilərək, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin şərəfinə adlandırılmışdır. “Azərbaycanın Hava Yolları” milli bayraq daşıyıcısının qeydiyyat ünvanıdır. Məktəbimizin 5ə sinif şagirdləri, müdir mavini və sinif müəllimləri Heydər Əliyev adına Beynəlxalq Aeroportuna ekskursiyaya getdilər. Kollektivi orada aeroportun məsul işçisi qarşıladı. Paşa müəllim uşaqlara aeroportun iş planı haqqında ətraflı məlumat verdi. İlk növbədə davranış qaydalarını qeyd etdi. Sonra şagirdlərə təyyarə anqarını göstərdi. Daha sonra isə aeroportun kinoloq və yanğın sondürmə xidməti ilə tanışlıq oldu. Burada uşaqlar üçün şərti yanğın söndürmə səhnəciyi quruldu və uşaqlar da bu səhnəciyin iştirakçısı oldular. Ekskursiyanın sonuncu hissəsi isə təyyarənin kabinası oldu. Şagirdlər ekskursiyada çox maraqlı informasiyalar əldə etdilər. Hətta onlardan bəzilərində bu peşənin sahibi olmaq istəyi yarandı. Bizə də məktəbimiz kollektivi adından aeroportun işçilərinə öz təşəkkürümüzü bildiririk və bu asan olmayan peşədə uğurlar arzulayırıq.