"Oxu günü"

Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliya, Milli Elmlər Akademiyası, "Hədəf nəşrləri"nin təşkilatçılığı ilə "Oxu günü" tədbiri keçirildi. Tədbirdə əsas məqsəd şagirdlər və gənclər arasında oxuya və mütəaliyəyə maraq və sevginin artırılması idi. Şagirdlərin mənəvi aləminin zənginləşdirilməsində kitabın rolu əvəzsizdir. İnsan oxuduğu kitablarla kamilləşir, savadlanır, ucalır. İnsanlar heç kimdən ala bilmədiyi məlumatları, həyatda var olmaq, düzgün yaşamaq və insanlarla münasibət qurmaq üçün lazım olan informasiyanı kitablardan alır. Heydər Əliyev Mərkəzində keçirilən tədbirə bir çox tanınmış yazıçı vı şairlər dəvət olunmuşdur. "Gəlin birgə oxuyaq!" şüarı altında təşkil olunan "Oxu günü"ndə paytaxtın ümumtəhsil məktəb və liseylərinin şagirdlərinin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparılıb, patomim tamaşa, "fləşmob" və digər təqdimatlar nümayiş olunub. Tədbirdə həmçinin şagirdlərə kitablar da hədiyə olundu. Biz də məktəb olaraq bu tədbirdə iştirak etdik.