"Heydər Əliyev irsinin öyrənilməsi"

"Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi alim rəhbərlik edib" - bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilində dəfələrlə səslənib. Tarixin axarını dəyişən Heydər Əliyevin məqsədyönlü siyasəti coğrafi ölçüləri baxımından kiçik Azərbaycanın dünyanın siyasi xəritəsində ən güclü dövlətlərlə müqayisəsinə şərait yaratdı. Heydər Əliyev iki əsrin ayrıcında öz ölkəsini qlobal sarsıntılar dövrünün fırtınalarından uğurla keçirərək, ölkənin milli dəyərlərinin, insanların mənəvi sağlamlığının, özlərinə inamının qorunub saxlanılmasına müvəffəq olmuşdur. Bu gün isə xalqımızın və ölkəmizin təhlükəsizliyinə nail olan cənab İlham Əliyev ulu öndərin layiqli davamçısıdır. Məktəbimizin XI sinif şagirdləri "Heydər Əliyev irsinin öyrədilməsilə əlaqədar YAP-da keçirilən seminarda iştirak etdilər. 99 saylı məktəbin tarix müəllimi İslamova Almaz seminarda ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş mühazirə oxudu. Seminarda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarxlar nümayiş olundu. Şagirdlər ilə diskusiya aparıldı. Verilən sualları şagirdlər ətraflı cavablandırdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi