"Şahin" hərbi-idman oyunu

Məktəbimizdə təşkil olunmuş "Şahin" hərbi komandası 14 nəfər ( 10 oğlan, 4 qız) heyətdən ibarətdir. "Şahin" hərbi komandası VIII və X siniflərdən təşkil olunmuşdu. Hər il Binəqədi rayonunuda məktəblər arasında "Şahin" hərbi-idman oyunu keçirilir. "Şahin" hərbi-idman oyununun keçirilməsində məqsəd məktəbliləri vətənpərvərlik ruhunda yetişdirməkdir. Bu yarışda məktəblilər tərəfindən sıra hazırlığı, tüfəngdən hədəfə atəş açma, fiziki hazırlıq, 100 metrlik qaçış və turnikdən dartınma, maneələrin dəf olması kimi tapşırıqlar yerinə yetirilir. Onunla yanaşı məktəblilərin Mülki Müdafiə hazırlığı da yoxlanılır. "Şahin" hərbi komandası yarış hazırlığına yüksək əhval-ruhiyyə ilə hazırlaşırlar. Məktəbimizin "Şahin" hərbi komandası Binəqədi rayonunda keçirilən bütün tədbirlərdə yaxında iştirak edirlər. Bizim məktəbimizin komandası 2017-ci il 6 apreldə Binəqədi rayon ümumtəhsil məktəbləri arasında komandamız I yerə layiq görüldülər. Komandanın hazırlaşmasında məktəbimizi direktoru Gülnarə Məmmədova, hərbi rəhbər Cəlal Cəlilov və fiziki tərbiyə müəllimi Ayaz Həsənov böyük səy göstərmişdi.Hər bir şagirdimiz vətənini sevməli və onun uğrunda hər zaman döyüşə hazır olmalıdır. Biz bu istiqamətdə əzm və möhkəm iradə ilə çalışaraq bu istəyə nail olacağıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi