"Ailə sevgi, sədaqət, həmrəylik məktəbidir"

"Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi tərəfindən "Ailə Akademiyası" layihəsi çərçivəsində "Ailə sevgi, sədaqət, həmrəylik məktəbidir" şeir-hekayə müsabiqəsi keçirildi. Şagirdlər öz şeir və hekayələrində ailə haqqında fikir və düşüncələrini əks etdirdilər. Hər bir şagird öz ailəsi haqqında fikirlərini, xəyallarında qurduqları tabloları canlandırdılar. Bizim məktəbin şagirdləri də bu müsabiqədə iştirak etdilər. Müsabiqənin şərtlərinə uyğun olaraq, ailə dəyərlərinə sadiq qalaraq öz ailələri haqqında hekayələr yazdılar. 4 şagirdimizi "Təşəkkürnamə" ilə təbrik etdilər. Ümüdvarıq ki, şagirdlərimiz növbəti müsabiqələrdə ön sıralarda qalib olacaqlar.