"Aprel döyüşləri"

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş döyüş zamanı çoxsaylı şəhidlərimiz oldu. Onlar canlarından əziz olan "Ana vətən" adlandırdıqları torpaq uğrunda vuruşdular. İgid oğullarımız Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayon istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçirdilər. Hərbi əməliyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak oldu. Bu döyüş tarixə "Aprel döyüşləri" adı ilə düşdü. Biz qürurla qeyd edə bilərik ki, "Aprel döyüşləri tarixi qələbə idi". Azərbaycan ordusu günü-gündən güclənir, ordumuz müasir texnika və silah-sursatla təchiz olunur. Bunu "Aprel döyüşləri" bir daha sübut etdi. "Aprel döyüşləri"nin şəhidlərinin il dönümü məktəbimizdə də anıldı. Tarixi döyüşün canlı şahidləri-hərbiçi xanımı olan müəllimlərimiz qurur hissi ilə bu qələbədən danışdılar. Ümidvarıq k, tez bir zamanda əzəldən bizim olan Qarabağ yenidən bütövlükdə bizim olacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi