"Ekoloji aylıqlar-alternativ enerji"

Bakı şəhəri üzrə Təhsil İdarəsinin həyata keçirdiyi " Təhsili dəyərə çevirək"devizi altında ekoloji aylıqlar layihəsinin növbəti mövzusu "Alternativ enerji" mövzusu oldu. Məktəbimizin fizika müəllimləri bu mövzu ətrafında araşdırma və müxtəlif məzmunlu fəaliyyət həyata keçirdilər. Alternativ energetika — təbiətin kirlənməsinin qarşısını almaq məqsədi ilə işlənən enerji çeşidlərinin ümumiləşmiş adı. Alternativ energetika daha çox gələcəyə yönələn perspektiv sahədir. O bu gün o qədər də çox yayılmamış, ancaq ətraf mühiti təmizlikdə saxlamaq və iqtisadi səmərililik baxımından əlverişlidirlər. Onların əsasında bərpaolunan enerji durur. Son dövrlərdə dünya ölkələri özlərinin yanacaq – energetik balansına yeni enerji mənbələrinin cəlb edilməsinə çalışırlar. Bu yarışda külək, günəş, dalğa, qabarma – çəkilmə, kiçik çayların hidroloji enerjisi kimi qeyri-ənənəvi enerji mənbələri xüsusi yer tutur. Bu tip alternativ (bərpa olunan) enerji mənbələrinin potensial imkanları sonsuzdur. Onların ekoloji təmizliyi heç kəsdə şübhə doğurmur. Alternativ energetika təkcə ətraf mühitin mühafizəsi üçün vacib deyil. O, ölkələrin, ərazilərin, təsərrüfat sistemlərinin neftdən və onun qiymətindən asılılığını yumşaldır.