31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Bu gün ilə əlaqədar olaraq müəllimlər şagirdlərlə debat təşkil edildi və video çarxlar nümayiş olundu. Düşmən tapdağı altında olan torpaqlarımız haqqında söhbət edildi. Ümidvarıq ki, vətənimizin düşmən tapdağı altında olan torpaqları yaxın zamanda işğaldan azad olunacaq.