"İslam Həmrəyliyi ili"

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci ili "İslam Həmrəyliyi ili" elan etmişdi. "İslam Həmrəyliyi İli” çərçivəsində Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə “İslam ölkələrinin həmrəylik festivalı” keçirilmişdir. Məktəbimiz İslam ölkələrindən biri olan "Birləşmiş Ərəb Əmirlikləri"ni təmsil etdi. Şagirdlərimiz BƏƏ-nin tarixindən, mədəniyyətindən, mətbəxindən və incəsənətindən nümunələr təqdim etdilər. Həmçinin Azərbaycanın milli tarixinə həsr edilmiş musiqi və rəqslər ifa etdilər. "İslam Həmrəylik ili"nə həsr olunmuş bu tədbirdə məktəbimizin şagird və müəllim kollektivi iştirak etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi