"Dövlət bayrağının tarixi" adlı seminar.

"Dövlət bayrağının tarixi" Azərbaycan Respublikasının rəsmi simvollarından biri də Azərbaycan Respublikasının bayrağıdır. Bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 5 fevral 1991-ci ildə bayraq həmin ildə müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Bayraq üç rəngli parçadan ibarətdir. Bayraq bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın göy rəngi türkçülüyü, qırmızı müasir azadlıq ideologiyasını, yaşıl rəng isə İslamçılığı tərənnüm edir.Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında demişdi: "Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur". Azərbaycan Respublikasının rəsmi dövlət himninin müəl­li­fi Üzeyir Hacıbəyov ya­zır­dı: "Azər­baycan Re­s­pub­li­ka­sı sağlam mil­li özül üzə­rin­də və türk düşüncə­si ilə ya­ra­dı­lıb... Ey­ni za­man­da, Azər­bay­can ye­ni cə­miyyət for­ma­laş­dır­ma­ğa, Av­ro­pa düşüncə­si ilə hə­rə­kət et­məyə ça­lı­şır­dı. Bay­rağı­mız­da­kı üç rə­ng bu ele­men­t­lə­ri özündə əks et­di­rir". Dənizkənarı Bulvar İdarəsinin tabeliyindəki Dövlət Bayrağı Muzeyinin əməkdaşları məktəbimizdə "Dövlət Bayrağının Tarixi" mövzusunda seminar keçirtdilər. Şagirdlər mövzu ilə əlaqədar suallar verdilər. Seminar maraqlı diskussiya ilə keçdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi