"Nizami Gəncəvi-875"

Nizami Gəncəvi öz ölməz beş poeması ilə dünya ədəbiyyatına təmamilə yeni bir poetik səs və nəfəs gətirmişdir. Bizim günlərə qədər Nizami irsi şairlərin hər zaman ilham mənbəyi olaraq qalmış və onun əsərlərinə Şərqdə və Qərbdə müxtəlif dillərdə 500-ə qədər şair nəzirə yazmışdır. Yaradıcılığına dövrünün ədəbi ənənəsinə uyğun olaraq lirik şerlər-qəsidə, qəzəl və rübailərlə başlayan Nizami qısa bir zaman ərzində öz "Divan"ını tərtib etmiş və bir şair kimi məşhurlaşmıdı. Lirik şer yaradıcılığı ömrünün sonuna kimi şairi məşğul etmiş və o, irihəcmli poemalarında verə bilmədiyi müxtəlif ağrılı fəlsəfi problemləri rübai şerin köməkliyi ilə lakonik şəkildə ifadə etmişdir. Nizami sənətinin böyüklüyü və onun estetik idealarının ülviliyi sonrakı əsirlərdə də Azərbaycan ədəbiyyatının inkişafına güclü təkan vermiş, bu böyük dahi tərəfindən müəyyən edilmiş humanizmin və demokratizim prinsipləri təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və orta şərq, eləcə də bir sıra Qərb ədəbiyyatlarında humanist meyillərin inkişafına səbəb olmuşdur. Məktəbimizin müəllim və şagird kollektivi Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş tədbir keçirdilər. Xəmsəyə daxil olan beş poemadan səhnəçiklər nümayiş elədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi