"5 Mart Bədən tərbiyəsi və idman günüdür"

Azərbaycan dünyada idman ölkəsi kimi tanınırsa, bu prezident cənab İlham Əliyevin idmana və idmançılara xüsusi sevgi ilə yanaşmasının nəticəsidir. Binəqədi rayonunun təmsilçiləri yerli və beynəlxalq idman yarışlarında yüksək nəticələr əldə edirlər. "5 Mart Bədən tərbiyəsi və idman günü" münasibətilə Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən məktəbimizin idman müəllimlərini təbrik ediblər. Uğurlarının mötəbər yarışlarda, o cümlədən Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarında qazanacaqlarına, yeni qələbələrin davamlı olacaqlarına inandıqlarını bildirdilər.