"Mülki müdafiənin həyatımızda rolu"
Bu gün məktəbimizdə "Mülki müdafiə" günü qeyd edildi. Bu gün münasibətilə məktəbimizin hərbi rəhbəri Cəlilov Cəlal çıxış etdi. 1 Mart "Mülki Müdafiə günü"nün təsis edilməsi, 16 dekabr 2005-ci ildə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaradılması barədə məlumat verildi. Daha sonra o, tikinti təhlükəsizliyinin həyata keçirilməsi zamanı Mülki Müdafiə qüvvələrinin gördüyü işlərdən danışdı.