"Vətən mənə oğul desə nə dərdim....."

İnsan ömrü..... Elə ömür var uzun bir dövr yaşanır, amma qığılcımı olmur. Elə ömürdə var çox qısa, amma bir əsrə bərabər olur, yaddaşlara həkk olunur. Mübariz İbrahimov belə qəhrəmanlarımızdan biridir. 22 illik ömrü, həyatı ilə sübut etdi ki, nə qədər ki, igidlərimiz, qəhrəmanlarımız var Vətən heç vaxt basılmaz. Mübariz İbrahimov öz hünəri, qəhrəmanlığı ilə bizim gənc nəslə bir örnəkdir.Məktəbizdə Mübariz İbrahimovun 22 illik ömrü şagirdlərimizin dilinin əzbəri olmuşdur. Bu gün Mübariz İbrahimovun dogum günüdür. Məktəbin şagird və müəllim kollektivi Milli Qəhrəmanımızı bir dəqiqəlik sükutla yad etdilər.