"Vətən şəhidləri ilə ucalır"

20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar məktəbimizdə bir sıra tədbirlər, sinif saatları, söhbətlər keçirildi. Vətən uğrunda canlarından keçən insanların əziz xatirəsi məktəbimizin müəllim və şagird kollektivi tərəfindən anıldı. Şagirdlər xiyabanına ziyarətlər təşkil edilərək şəhidlərimizin xatirəsi yad edildi. Məktəbdə şagirdlər tərəfindən şəhidlərin xatirəsinə həsr edilmiş guşələr yaradılıb. Azərbaycan xalqı öz şəhidlərini heç vaxt unutmur və unutmayacaq!