"Multikulturalizm və tolerantlıq"

Ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi məqsədi ilə bir sıra tədbirlər keçirilib. 28.10.2016-cı il tarixdə 100 №-li məktəb kollektivi bu mövzuda tədbir keçirildi. Tədbirdə multikulturalizm və tolerantlıq ənənələri yüksək səviyyədə qeyd edildi. Müxtəlif ölkələrin adət-ənənələri, geyimləri, kulinariyası və musiqisi geniş təbliğ edildi. Həmrəklik gününə həsr edilmiş musiqilər və videoçarxlar nümayiş edildi. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak edib.