"Riyaziyyat aylığı"

100 №-li məktəbin rus bölməsinin riyaziyyat fənn müəllim kollektivi "riyaziyyat aylığı" çərçivəsində açıq dərs tipli tədbir keçiriblər. Bir neçə sinfin şagirdləri maraqlı viktorinalar , məntiqi testlər, düşündürücü oyunlar və musiqi nömrələri hazırlayıb təqdim etdilər. Sonda qalib gələn komandaya sertifikat verildi. Fərqlənən şagirdlərə isə fərqlənmə sertifikatları təqdim edildi.