"Müasir dünyanın ekoloji problemləri"

25 oktyabr 2016-cı il tarixdə 100 №-li məktəbdə ətraf mühitin mühafizəsi, təbii sərvətlərin qorunması və ondan səmərəli istifadə edilməsi sahəsində əhalini məlumatlandırmaq və maarifləndirmək məqsədi ilə Bakı şəhər Ekologiya və Təbii Sərvətlər departamenti tərəfindən "Müasir dünyanın ekoloji problemləri" və "Xəzər dənizinin mühafizəsi" adlı tədbir keçirildi. Tədbirdə departamentin məsləhətçiləri N.Məmmədov, C.Muradov, Ə.Ağakişiyev və İ.Məmmədov ekoloji problemlər və Xəzər dənizinin qorunması mövzusunda çıxış etdilər və video çarxlar nümayiş etdirdilər.