"Narkomaniyaya YOX deyək"

"Narkomaniyaya YOX deyək" şüarı altında 100 №-li məktəbin akt zalında seminar tədbir keçirildi. Tədbirdə polis mayoru Etibar Balakişiyev, polis əməkdaşları və icra nümayəndəsi Seymir Hacıyev şagirdlərə bu pis vərdişdən uzaq durmağı, həyatlarını məhv etməməyi və bu şüarı öz yoldaşları arasında yaymağı məsləhət gördülər. Bu mövzuda söhbətlər aparıldı və video çarxlar nümayiş edildi.