"N.Fərəczadənin anım günü"

30.09.2019-cı il tarixində Namiq Fərəczadə adına 100 saylı məktəbdə şəhidin anadan olduğu gün yad edildi. Namiq Telman oğlu Fərəczadə 01 oktyabr 1974-cü ildə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində anadan olub, 1992-ci ildə Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çagrılmışdır. 1993-cü ildə 20 yanvar tarixində Ağdam rayonunun Şelli kəndi yaxınlığındakı "Qızılabel" yüksəkliyi 4-cü batalyon tərəfindən düşmən əsarətindən azad edilir. Həmin döyüşdə Namiq son nəfəsinə kimi döyüşür və qəhrəmancasına həlak olur.Bakı şəhər Xalq Deputatları Sovetinin Rəyasət Heyəti toponimika komissiyasının təkliflərini nəzərdən keçirərək 13 dekabr 1993-cü il 21/205 saylı qərarı ilə Binəqədi rayonu 100 N-li məktəbə Fərəczadə Namiq Telman oğlunun adını verir.