“Şahinlər” hərbi-idman oyununun rayon mərhələsi keçirildi

Binəqədi rayon Gənclər və İdman İdarəsinin 2016-cı il tədbirlər planına uyğun olaraq 22 aprel 2016-cı il tarixdə Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Şahinlər” hərbi-idman oyununun rayon mərhələsi keçirilmişdir. Məktəbimizin komandası I yerə layiq görülmüşdür.