assembly

Novruz bayramına həsr olunmuş "Dəyərlərimizi qoruyaq!" festivalı


28.03.2024

Martın 18-də məktəb rəhbərliyinin təşkilatçılığı ilə Sabunçu rayonu 209 nömrəli tam orta məktəbin kurasiyasına daxil olan 22, 28, 108, 128, 130, 142, 187, 209, 255 nömrəli məktəblərin iştirak etdiyi “Dəyərlərimizi qoruyaq!” adlı festival keçirildi. Bayram festivalının keçirilməsi milli-mənəvi dəyərlərimizə, tariximizə, köklərimizə nə qədər bağlı olmağımızın bariz nümunəsinin göstəricisidir. Festivalda məktəblər 3 nominasiya üzrə iştirak edirdilər. 1.Ən dadlı plov 2.Ən gözəl bəzədilmiş xonça 3.Ən yaxşı çıxış nömrəsi. Tədbirdə qonaq qismində Maştağa qəsəbəsinin 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin valideynləri, qazilər və məktəb direktorları iştirak edirdi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi başlandı. Vətən müharibəsində canlarından keçən qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi. O dedi ki, Novruz el bayramıdır. Əsrlərin qaynaqlarından süzülüb gələn, yaddaşlarda kök salan qədim bir el bayramıdır. Novruz bayramının xalqımızın həyatındakı rolunu yüksək qiymətləndirən böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev demişdir: "Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir". Bayram şənliyində məktəblərin şagirdləri baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar oxuyub, şeirlər söyləyib, maraqlı səhnəciklər nümayiş etdirdilər. Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızının faytonda gəlişi tədbirə rəngarənglik qatdı. Sonda məktəbin həyətində bayram tonqalı qalanıb və qonaqlar şagirdlərlə birgə “Yallı” sədaları altında dövrə vurdular. Sonda festivalda 3 nominasiya üzrə fərqlənən məktəblərin komandaları diplomla mükafatlandırıldı.

Ətraflı
DƏRS CƏDVƏLİ

Seç

https://bakimektebleri.edu.az/209/az/schedule/

Cədvəli öyrənmək üçün oxuduğunuz sinfi və həftənin gününü seçin

Bayram günləri

9 May
Faşizm üzərində Qələbə Günü

28 May
Müstəqillik Günü

15 İyun
Milli Qurtuluş Günü

26 İyun
Silahlı Qüvvələri günü

18 Oktyabr
Müstəqilliyin Bərpası Günü

8 Noyabr
​8 Noyabr - Zəfər Günü

Bayramlar
Videoqalereya
video
Fotoqalereya
photo
ELEKTRON MÜRACİƏT
request
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi