assembly

Erkən nikaha yox deyək!


17.04.2024

    17 aprel 2024-cü il tarixində məktəbin psixoloqu  Ramiyə Məmmədlinin  təşkilatçılığı ilə  VIII siniflərdə ''Erkən nikaha yox deyək'' mövzusunda psixoprofilaktik söhbət aparıldı. Söhbət zamanı erkən nikahın fəsadlarından danışaraq, qeyd etdi ki, erkən nikah-nikah yaşına çatmamış şəxslərin ailə qurması, bu nikahın heç bir hüquqi qüvvəyə malik olmaması, qanunsuz hesab edilməsidir.  Erkən nikah  həm də təhsilin  effektiv  şəkildə başa çatdırılmasına mane olur. Məktəb yaşlı bir uşaq ailə qurarkən  məktəbdə həmyaşıdlarından, öz uşaq həyatından  məcburi ayrılaraq ailə həyatına atılır və yeni vəziyyətə adaptasiya olunması çətin olur.  Həmçinin qeyd olundu ki, erkən nikahın mənfi cəhətləri olduqca çoxdur. İlk öncə erkən nikahın qeyri-qanuni olması, üstəlik çoxsaylı, psixoloji, tibbi, iqtisadi fəsadlar bu tip nikahın əleyhinə işləyir. Uşaqlıq insan həyatının ən gözəl, ən əhəmiyyətli illəridir. Xoşbəxt, sağlam böyümüş  uşaq sağlam gələcək  deməkdir. Bu məqsədlə ''Erkən nikaha yox deyək'' mövzusunda psixoprofilaktik söhbət aparılmasınn məqsədi erkən nikahın psixoloji, tibbi, iqtisadi fəsadlarını şagirdlərə çatdırmaqdır. Şagirdlərə mövzu ilə əlaqədar videoçarx nümayiş etdirildi. Sonda şagirdlər dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı.

Ətraflı
DƏRS CƏDVƏLİ

Seç

https://bakimektebleri.edu.az/195/az/schedule/

Cədvəli öyrənmək üçün oxuduğunuz sinfi və həftənin gününü seçin

Bayram günləri

9 May
Faşizm üzərində Qələbə Günü

28 May
Müstəqillik Günü

15 İyun
Milli Qurtuluş Günü

26 İyun
Silahlı Qüvvələri günü

18 Oktyabr
Müstəqilliyin Bərpası Günü

8 Noyabr
​8 Noyabr - Zəfər Günü

Bayramlar
Videoqalereya
video
Fotoqalereya
photo
ELEKTRON MÜRACİƏT
request
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi